BDU əməkdaşı İzmir Yüksək Texnologiyalar İnstitutunda təlimdə iştirak edib

19/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova İzmir Yüksək Texnologiyalar İnstitutunun müxtəlif növ bitkilərdə genom redaktəsinin tətbiqi ilə bağlı layihəsində iştirak edib.

Qumru Hüseynova İzmir Yüksək Texnologiyalar İnstitutunun professorları Sami Doğanlar, Anna Frary və Asena Akköşe tərəfindən "Pambıq bitkisində Crisp Cas 9 tətbiqi" ilə bağlı nəzəri təcrübələrə qatılıb.

Təlimdə Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlığa dair məsələlər də müzakirə edilib. Daha sonra Qumru Hüseynova laboratoriyada hüceyrə kulturasının tətbiqi ilə əlaqədar İzmir Yüksək Texnologiyalar Universitetinin Texnoparkında yerləşən “Floria bio” şirkətinin fəaliyyəti ilə tanış olub.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026