BDU əməkdaşları akademik Tofiq Hacıyevin xatirəsini anıblar

02/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Fİlologiya fakültəsinin Türkologiya kafedrasının əməkdaşları Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyənin Atatürk Mədəniyyət, Dil və  Tarix Yüksək Qurumunun fəxri üzvü, uzun illər kafedraya rəhbərlik etmiş akademik Tofiq Hacıyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar II Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət ediblər.

Kafedra müdiri, professor Məhərrəm Məmmədov, filologiya elmləri doktoru Qızılgül Abdullayeva, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasov, elmi işçilər Ramil Bayramov və Pərvin Eyvazov mərhumun ailə üzvləri ilə birlikdə akademikin ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzüblər.

Ziyarət zamanı Tofiq Hacıyevin Azərbaycan elmi və təhsili qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub, onunla bağlı xatirələr bölüşülüb.

Xəbərlər

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider

Müstəqil Azərbaycan dövlətçiliyinin banisi – Ümummilli Lider
10/05/2026

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
09/05/2026

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026