BDU əməkdaşları AMEA-nın 5 qalib layihəsinin yerinə yetirilməsində iştirak edəcəklər

12/04/2018

Bakı Dövlət Universitetinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi təşkilatları və digər ali təhsil müəssisələrinin əməkdaşları ilə birlikdə AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli 7/3 nömrəli qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının maliyyələşdirilməsi üzrə elan edilmiş müsabiqənin 5 qalib layihəsinin yerinə yetirilməsində iştirak edəcəklər. “Laylı quruluşlu birləşmə və polimerlər əsasında sintez olunmuş nanokompozitlərin katalitik və sorbsiyon xassələrinin tədqiqi”  mövzusunda layihə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun, “Azərbaycan mədəniyyətlərin kəsişməsində: mərhələlər, problemlər və perspektivlər” mövzusunda layihə isə BDU-nun Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin rəhbərliyi ilə yerinə yetiriləcək.
Qeyd edək ki, bu il həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasının gənc müəllimi Elsevər Muradov “Azərbaycan Elm Assosiasiyası”nın həmsədri vəzifəsini icra edən İntiqam Şahbazovla birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil edərək keçirdiyi “Gənc alim” və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım”- qrant müsabiqəsinin qalibi olublar.

Mətbuat və informasiya şöbəsi, 12 aprel 2018-ci il.

Xəbərlər

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
17/04/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
17/04/2026