BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə

05/01/2023

BAKI DÖVLƏT UNİVERSİTETİ

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir

Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun əməkdaşlarının mükafatlandırılmasıdır.

 

Müsabiqə qaliblərinin mükafatlandırılması:

Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

 

1-ci yer:

  • Təbiət və texnika elmləri üzrə – 1 nəfər (2 500 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).

2-ci yer:

  • Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 500 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).

3-ci yer:

  • Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 000 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).

 

Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilməsi meyarları:

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2023-cü il 16 yanvar tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2023-cü il 06 mart saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) elm-innovasiyalar@bsu.edu.az ünvanına təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5.  Digər müvafiq ölkədaxili və ya regional/beynəlxalq mükafat müsabiqələrində mükafatlandırılmış işlər bu müsabiqəyə təqdim edilə bilməz.

6.  Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

 

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər və elektron daşıyıcılar bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

 

Əlavə məlumat üçün:

Tel: (+994 12) 538 60 63

E-mail: elm-innovasiyalar@bsu.edu.az

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024