BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində növbəti tədbirdə iştirak ediblər

28/01/2025


Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşları BDU-nun tərəfdaş olduğu Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihə çərçivəsində “İnstitusional akademik arxivin icra planı” mövzusunda keçirilən növbəti onlayn tədbirdə iştirak ediblər.

Tədbirdə İzmir Yüksək Texnologiya İnstitutunun kitabxana direktoru Gültekin Gürdal institusional akademik arxivin yaradılması, tədqiqat və təhsil resurslarının uzunmüddətli idarə edilməsi haqqında təqdimatla çıxış edib. O, institusional arxivi uzunmüddətli idarə etmək üçün həyata keçirilməli planı açıqlayıb.

Gültekin Gürdal təqdimatında DIRNA layihəsinin uzunmüddətli davamlılığı üçün güclü texniki infrastruktur və insan resurslarının inkişaf etdirilməli olduğunu vurğulayıb, milli və beynəlxalq əməkdaşlığın artırılmasının və tədqiqat nəticələrinin daha əlçatan və davamlı olmasının vacibliyinə diqqəti çəkib.

Sonda “Təşkilati struktur”, “Tədqiqatın nəticəsi və texniki bacarıqların gücləndirilməsi”, “İctimaiyyətlə əlaqələr və tərəfdaşlıqların qurulması”, “Metadata məsələləri üzrə təşkilatlar arasında əməkdaşlıq” və  s. mövzulardan ibarət plan tərəfdaş universitetlərin nümayəndələri ilə müzakirə olunub.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026