BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində yay məktəbində

30/07/2024

 

Bakı Dövlət Universitetinin (BDU) tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihəsi çərçivəsində iyulun 29-dan Gəncə Dövlət Universitetində yay məktəbi keçirilir. Yay məktəbinin məqsədi elektron arxiv şəbəkəsinin yaradılması ilə universitetlərin çap materiallarının, məqalələrin, kitabların və digər elmi nəşrlərin bir platformada toplanması, qorunub saxlanması, onların beynəlxalq aləmə çıxışının təmin edilməsi təcrübəsinin öyrədilməsidir. Azərbaycanda elektron arxiv işini təkmilləşdirmək, aparılan elmi-tədqiqatların profilini yüksəltmək və beynəlxalq sferaya inteqrasiya olunmasına köməklik etmək də tədbirin məqsədləri sırasındadır.

Xəzər Universitetinin koordinator olduğu layihənin 5 gün davam edəcək yay məktəbində Azərbaycan universitetlərindən Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Avropa tərəfdaşlarından isə Jyväskylä Universiteti (Finlandiya), Università degli Studi dell’Aquila (İtaliya), İzmir Yüksək Texnologiya İnstitutunun (Türkiyə) nümayəndələri iştirak edirlər.

BDU-nu yay məktəbində rektorun rəqəmsallaşma və informasiya üzrə müşaviri Şəbnəm Səfərova, Elmi Kitabxananın direktoru, layihənin Universitet üzrə rəhbəri Nigar İsmayılova, kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, layihənin meneceri Cəmilə Yusifova və universitetin daha 3 əməkdaşı təmsil edirlər.

Yay məktəbində Avropanın tərəfdaş universitetlərinin nümayəndələri “Açıq elm və institusional repozitoriyaların önəmi”, “Açıq nəşriyyat etikası, müəllif hüquqları, hüquqi problemlər”, “İnstitusional repozitoriyaların texniki tələbləri və xüsusiyyətləri”, “Etibarlı tədqiqat və innovasiyalar, araşdırmam üçün etibarlı nəşriyyatlar” adlı təqdimatlar ilə çıxış edərək təcrübələrini bölüşəcəklər.

Layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir, Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026