BDU əməkdaşları Dubnada olublar

29/09/2014

Müstəqil dövlətlərin, xaricdə yaşayan həmvətənlərin əməkdaşlığı və beynəlxalq humanitar həmrəylik məsələləri üzrə Federal agentliyin dəstəyi ilə MDB ölkələrinin gənc alim və mütəxəssislərinin Rusiya Federasiyasına səfəri təşkil olunub. Nümayəndə heyətinin tərkibinə Azərbaycan, Belarusiya, Moldova və s. MDB ölkələrindən seçilmiş elm sahəsi üzrə perspektivə malik olan 15 gənc daxil olub. BDU-nun «Nanomaterialların kimyəvi fizikası» kafedrası nəzdində fəaliyyət göstərən Nanoaraşdırmalar laboratoriyasının böyük elmi işçisi, f.r.e.n. Zöhrab Ağamalıyev, «Maddə quruluşu» kafedrasının doktorantı Aynur Hacıyeva və AMEA-nın Kataliz və qeyriüzvü kimya institutunun əməkdaşı, k.e.i. Aytən Salahova Azərbaycan nümayəndə heyətini təmsil edib. İşgüzar proqram çərçivəsində Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ), MDB Beynəlxalq Nanotexnoloji İnnovasiya Mərkəzinin, «Skolkovo» innovasiya mərkəzinin, Təbiət, cəmiyyət və insan beynəlxalq “Dubna” universitetinin, “Dubna” xüsusi iqtisadi zonanın rəhbərliyi ilə görüşlər keçirilib. Sərgi və innovasiya kompaniyalarına qoşulan iştirakçılar Dubna şəhərinin administrasiyası ilə də görüşüblər. Tədbirin əsas məqsədi MDB ölkələri arası beynəlxalq əməkdaşlığın inkişafı və MDB-nin aktiv gənclərinin elm, təhsil və innovasiya sferasında ölkələrarası iqtisadi və siyasi inteqrasiya işlərinə cəlb edilməsidir.

Mətbuat və informasiya şöbəsi,  29 sentyabr 2014-cü il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026