BDU əməkdaşları Çexiyanın Karlova Universitetində

13/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev, dosent Nailə Abdullayeva və müəllim Nurlan Əmrahovdan ibarət nümayəndə heyəti “Erasmus+” proqramı çərçivəsində Çexiya Respublikasının Karlova Universitetində ikitərəfli görüşlərdə iştirak ediblər.

Karlova Universitetinin Təbiət elmləri fakültəsinin dekanı, professor Jiri  Zima, dekan müavini, professor İvan Nemeç, Botanika kafedrasının müdiri, professor Jiri Neustupa, Eksperimental bitki biologiyası kafedrasının müdiri, professor Fatima Cvrckova, Ekologiya kafedrasının müdiri, professor David Horak, Zoologiya kafedrasının müdiri  Michal Vinklerin iştirakı ilə olan görüşlərdə qarşılıqlı botaniki, zooloji, biotexnoloji tədqiqatların həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

BDU alimləri səfər zamanı Çexiyanın paytaxtı Praqada yerləşən Kimya və Texnologiya Universitetinin professorları Katerina Demnerova və Olga Valentova ilə də görüşüblər. Görüş zamanı ikitərəfli layihələr, birgə tədqiqatlar və eyni zamanda  tələbələr üçün mobillik qrantları barəsində danışılıb.

Səfər müddətində BDU əməkdaşları Praqa zooparkında və Botanika bağında müxtəlif nadir bitki və heyvan növləri, onların saxlanılma, becərilmə şəraitləri ilə də yaxından tanış olublar.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026