BDU əməkdaşları şəhid Tural Eyyubovun məzarını ziyarət ediblər

10/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavinləri Fərhad Mirzəyev, Şamo Cəbrayılov, fakültənin əməkdaşları Səbinə Abbasova və Yəsəmən Hüseynova Vətən müharibəsində şəhid olmuş BDU məzunu leytenant Tural Yadulla oğlu Eyyubovun məzarını ziyarət edib.

2009-cu ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olan Eyyubov Tural 2013-cu ildə Universiteti bitirib və həmin ilin oktyabrında hərbi xidmətə yola düşüb. Hərbi xidməti zamanı TTM-də motoatıcı tağım komandirliyi kursunu müvəffəqiyyətlə başa vuran Tural zabit kimi xidmətini davam etdirib.

2020-ci ilin oktyabrinda Vətənin müdafiəsinə qatılan leytenant Tural Eyyubov Füzuli, Xocavənd, Şuşa uğrunda rəşadətlə döyüşərək 25 oktyabda şəhidlik zirvəsinə ucalıb. Qəhrəman şəhidimiz ölümündən sonar Azərbaycan Respublikası Prezidentının sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları təltif olunub.

BDU əməkdaşları şəhidin məzarına gül dəstələri qoyub, ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026