BDU əməkdaşları Hirkan Milli Parkının yaradılmasının 21 illiyinə həsr olunan tədbirdə 

11/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin professorları Mirmusa Cəfərov, Yusif Abiyev, biologiya üzrə fəlsəfə doktorları Vazeh Baxşıyev, Sevinc Məmmədova və Tahir Yunuslu Lənkəranda Hirkan Milli Parkının yaradılmasının 21 illiyi münasibətilə keçirilən dəyirmi masada iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkil etdiyi tədbirə BDU, Lənkəran Dövlət Universiteti, Zoologiya, Botanika institutlarının alimləri, Lənkəran Regional Turizm İdarəsinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) və Milli Parkın fəaliyyətinə töhfə vermiş tərəfdaş təşkilatların nümayəndələri qatılıblar.

Tədbir çərçivəsində Azərbaycanın cənub-şərq hissəsində yerləşən və zəngin bioloji müxtəlifliyi, nadir flora və fauna növləri ilə seçilən Hirkan Milli Parkının əhəmiyyəti vurğulanıb. Mütəxəssislər parkın nadir ekosistemlərini qorumaq, elmi tədqiqatları genişləndirmək və ekoturizmin inkişafına töhfə vermək üçün birgə əməkdaşlığın vacibliyini qeyd ediblər. Müzakirələr zamanı Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən, dünya miqyasında nadir meşə massivlərindən biri olan Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda iştirakçılar Hirkan Milli Parkının gələcək inkişafı və təbiətin mühafizəsi sahəsində daha geniş elmi və ekoloji layihələrin həyata keçirilməsi üçün birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026