BDU əməkdaşları ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində görüş

04/12/2018

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə layihənin koordinatorları Fidan Tofidi və İradə Məmmədova Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, onun məqsəd və məramı haqqında məlumat veriblər. Mərkəzin rəhbəri İmran Bağırov gənclərin uğurlu karyera qurmasına dəstək məqsədilə həyata keçirilən layihə və tədbirlərdə fəal iştirakı üçün yaradılan şəraitdən və perspektivlərdən danışıb.

Daha sonra universitetəməkdaşları ilə tələbə gənclərin innovativ fikirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb, yeni təkliflər səsləndirilib. Eyni zamanda, Jurnalistika fakültəsi nəzdində yaradılan Barama Media Mərkəzinin fəaliyyətini daha da genişləndirmək, bütün fakültələrin tələbələrinin bilik və bacarıqlarının tətbiqinə töhfə vermək haqqında fikirlər irəli sürülüb.

Sonra universitet TEC sədrləri -  Vəfa İsgəndərova (Jurnalistika), Əlimusa İbrahimov (Beynəlxalq münasibətlər və iqtisadiyyat),  Leyli Kərimova (Ekologiya və torpaqşünaslıq),  Arif Orucov (Fizika) və Jurnalistika fakültəsinin Tədris Teleradio Studiyasının müdiri Ramin Rzayev çıxış edərək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə Bakı Dövlət Universitetiarasında sıx əməkdaşlığınvacibliyini vurğulayıblar.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes sahəsində Azərbaycanda yaradılmış ilk inkubasiya mərkəzidir. Burada əsasən informasiyatexnologiyaları sahəsində fəaliyyət göstərən layihələr, startuplar dəstəklənir,onların bütün mərhələlərdə şirkətləşməsinə köməklik göstərilir.

Mətbuat və informasiya şöbəsi, 04 dekabr 2018-ci il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026