BDU əməkdaşları konfransda çıxış ediblər
07/11/2017
İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “İranla Azərbaycan Respublikasının mədəni-ədəbi əlaqələrində fars dilinin rolu və əhəmiyyəti” adlı konfrans keçirilib. Görkəmli fars şairi Hafiz Şirazinin anım günü münasibətilə keçirilən konfransda Bakı Dövlət Universitetini Şərqşünaslıq fakültəsinin müəllimləri təmsil ediblər. Belə ki, İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov “Hafiz Şirazi: dövrü və yaradıcılığı” və dekan müavini Cavanşir Məmmədzadə fars dilində “Fars dili və tarix” mövzularında məruzələrlə çıxış ediblər. Qeyd edək ki, konfransda respublikamızın görkəmli şərqşünasları, İran İslam Respublikasını təmsil edən nümayəndə heyəti iştirak ediblər.
Xəbərlər
BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
BDU komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
