BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

20/11/2026

Bakı Dövlət Universiteti (BDU) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında imzalanmış memorandum çərçivəsində universitet əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim təşkil olunub.

BDU-nun Keyfiyyət təminatı Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim Milli Observatoriyanın mütəxəssisi, psixoloq, 3 saylı Bakı DOST Mərkəzində sosial-psixoloji xidmətlər üzrə aparıcı mütəxəssis Ramilə Abidova tərəfindən aparılıb.

Təlim çərçivəsində konfliktlərin yaranma səbəbləri, münaqişələrin idarə olunması və həlli mexanizmləri, çətin situasiyalarda düzgün ünsiyyət strategiyaları, emosiyaların tənzimlənməsi və effektiv dinləmə bacarıqları müzakirə olunub. Həmçinin iş mühitində qarşıya çıxan münaqişəli vəziyyətlərin konstruktiv həlli, tərəflər arasında qarşılıqlı anlaşmanın təmin edilməsi və sağlam əməkdaşlıq münasibətlərinin qurulması yolları diqqətə çatdırılıb.

İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında keçirilən təlim iştirakçıların mövzu ilə bağlı bilik və bacarıqlarının inkişafına, işgüzar münasibətlərdə daha effektiv kommunikasiya və konfliktlərin idarə edilməsi səriştələrinin artırılmasına töhfə verib.

Xəbərlər

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19/11/2026