BDU əməkdaşları üçün təkmilləşdirmə kursları təşkil olunub

21/09/2023

Bakı Dövlət Universiteti (BDU) Strateji İnkişaf Planının fəaliyyət istiqamətlərinə uyğun olaraq tədrisdə keyfiyyətin artırılması, akademik heyətin potensialının üzə çıxarılması, yeni nəslin tədris və təlim proseslərinə cəlb olunması, onların  qabaqcıl elmi-metodik üsulları mənimsəməsi ilə əlaqədar təkmilləşdirmə kursları təşkil edib.

Akademik heyətin pedaqoji və texniki bacarıqlarının artırılması üçün təşkil olunan kurslarda BDU-nun 65 əməkdaşı iştirak edib. Təlimlər pedaqogika və milli mənəvi dəyərlərə əsaslanan müasir təlim metodları, pedaqoji və tətbiqi psixologiya, informasiya və kommunikasiya texnologiyaları olmaqla 3 istiqamət üzrə aparılıb.  

Təlimlər nəticəsi olaraq təkmilləşmə kurslarında iştirak edən dinləyicilər arasında məmnunluq sorğusu keçirilib və kursu uğurla tamamlayan professor-müəllim heyəti sertifikatlarla təltif olunub.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026