BDU əməkdaşları Şərqi Zəngəzur iqtisadi rayonunda tədqiqat aparıblar

13/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və kafedra əməkdaşları Aytən Səmədova, Nailə Cəfərova “Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi” qrant layihəsi çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda tədqiqat aparıblar.

Tədqiqat ərazisində Oxçuçay üzrə müxtəlif məntəqələrdən (Sayıflı, Bürünü və Cahangirbəyli), həmçinin Həkəri və Bəsitçaydan nümunələr götürülüb.

Aparılan analizlərin nəticələrinə əsasən, çay sularının zəhərli maddələrdən təmizlənməsi üçün ekoloji səmərəli təkliflərin irəli sürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və kafedra əməkdaşları Aytən Səmədova, Nailə Cəfərova  “Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi” layihəsi ilə Azərbaycan Elm Fondunun 2022-2024-cü illərdə “Qarabağ Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin qalibi olub. Layihənin məqsədi transsərhəd çaylarından su və dib çöküntüsü nümunələrinin götürülərək çirklənmə dərəcəsinin təyin edilməsidir.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026