BDU əməkdaşları təltif edildi
Bakı Dövlət Universiteti Elmi Şurasının Qubanın II Nügədi kəndindəki Tədris-Təcrübə və İstirahət mərkəzində keçirilmiş iclasında universitetin bir qrup əməkdaşı 2016/2017-ci tədris ilinin nəticələrinə görə“İlin müəllimi”, “İlin fəal gənc müəllimi” adlarına layiq görülüb, Fəxri fərmanlarla təltif ediliblər. Belə ki, Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının professoru Tahir Baxşəliyev, Fiziki elektronika kafedrasının müdiri, professor Əhməd Abdinov “İlin müəlimi”, Hidrometeorologiya kafedrasının müəllimi Aytən Məhərrəmova, Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi İranə Məmmədli “İlin fəal gənc müəlimi” adına layiq görülüb, İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasının dosenti Ramin Mahmudzadə, Kitabxanaşünaslıq kafedrasının baş müəllimi Nigar İsmayılova isə Fəxri fərmanla təltif ediliblər. Bundan əlavə, Elmi Şurada Onurğasızlar zoologiyası kafedrasının dosenti Əsgər Hümbətov, Genetika və təkamül təlimi kafedrasının professoru Kamilə Əliyeva,Mikrobiologiya kafedrasının professoru Mirmusa Cəfərov, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Əliheydər Ağakişiyev,Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədli, Filologiya fakültəsinin dosenti İslam Vəliyev, Klassik rus ədəbiyyatı kafedrasının müdiri, professor Aqil Hacıyev yubileyləri münasibətilə Fəxri fərmanla təltif edilib. Fəxri fərmana layiq görülənlər arasında Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova da var. O, Bakı Dövlət Universitetində uzun illər səmərəli fəaliyyətinə və yüksək peşəkarlığına, rəhbərlik etdiyi şöbənin uğurlu nəticələr əldə etməsində və nüfuzlu bir quruma çevrilməsində roluna, öhdəsinə düşən işləri vicdanla və dəqiq yerinə yetirdiyinə, BDU-nun tarixi ilə bağlı bir neçə kitabın hazırlanmasında və müxtəlif reytinq təşkilatlarının monitorinqlərində universitetin ilk yerdə qərarlaşmasında səmərəli fəaliyyətinə görə təltif edilib.
Mətbuat və informasiya şöbəsi, 08 iyul 2017-ci il