BDU əməkdaşları və tələbələri Ağgöl Milli Parkında elmi-məlumatlandırıcı tədbirdə

03/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin tələbə və müəllim heyəti 2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Ağgöl Milli Parkında elmi-məlumatlandırıcı tədbirdə iştirak ediblər. Səfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə BDU arasında əməkdaşlıq memorandumu çərçivəsində reallaşıb. Tədbirə ETSN əməkdaşları, Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WWF) nümayəndələri  qatılıb.

Tədbirdə su-bataqlıq ərazilərinin ekoloji əhəmiyyəti və mühafizəsi mövzusunda geniş müzakirələr aparılıb, nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyəti, onların müşahidəsi və biomüxtəlifliyin qorunmasının vacibliyi barədə iştirakçılara məlumat verilib.

Tədbirin praktiki hissəsində iştirakçılar Ağgöl Milli Parkındakı “Böyük Ağgöl” marşrutu boyunca ekosistemlə yaxından tanış olub, su-bataqlıq quşlarını müşahidə ediblər.

Qeyd edək ki, su-bataqlıq quşlarının yaşama yeri kimi beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri barədə Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Azərbaycanın Ağgöl və Qızılağac (Böyük və Kiçik Qızılağac körfəzləri) Milli Parkları mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026