BDU əməkdaşları Yunanistanın Afina Milli Texniki Universitetində müzakirələr aparıblar

30/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov və Orxan Güləhmədov oktyabrın 23-25-də Yunanıstan Respublikasının Afina Milli Texniki Universitetində (National Technical University of Athens) “Elm və Texnologiyada Avropa Əməkdaşlığı (“European Cooperation in Science and Technology – COST”) proqramının CA19118 qrant layihə iştirakçılarının 3-cü toplantısında 2023-cü il ərzində görülən işlər haqqında müzakirələr aparıblar.

Müxtəlif COST ölkələrindən (Almaniya, Fransa, Makedoniya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Polşa, Çexiya və s.) olan nümayəndələrin iştirak etdiyi toplantıda karbon nanomaterialları, onların sensor texnologiyalarında istifadəsi, gələcək prioritetlər və istiqamətlər barəsində aparıcı mütəxəssislərin məruzələri dinlənilib. Həmçinin, toplantı çərçivəsində Afina Milli Texniki Universitetinin laboratoriyaları ilə tanışlıq keçirilib. BDU-nun əməkdaşları müxtəlif ölkələrin nümayəndələri ilə elmi-tədqiqat əməkdaşlığın genişləndirilməsi və yeni birgə layihələrin hazırlanması barədə ətraflı müzakirələr aparıblar. Tədbirdə “Erasmus+CBHE” proqramı çərçivəsində yeni layihənin hazırlanması barədə razılığa gəlinib.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026