BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda “Genom redaktəsi” adlı təlimdə

23/11/2022

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Aygün İsrayılova, Böyükxanım Cəfərzadə, Abdul Etibaroğlu, Əlibala Əliyev və Nurlan Əmrahov Türkiyə Respublikasının İzmir Yüksək Texnologiya İnstitutunun təşkil etdiyi “Genom redaktəsi” (“Genom editing”) adlı nəzəri və praktiki təlimdə iştirak ediblər.

Təlim genom redaktəsi üzrə təcrübəli mütəxəssislər Sami Doğanlar, Anna Frary, Hatice Şelale və Asena Akköse Baytar tərəfindən aparılıb. Təlim zamanı bitkilərdə genom redaktəsi texnologiyasının təşkili, bitkilərin müxtəlif stress faktorlarına davamlılığının artırılması məqsədilə neqativ genlərin mutasiya olunması, laboratoriya şəraitində plazmid konstruksiyası və onun bakteriyaya yeridilməsi, bitki hüceyrələrinin transformasiyası ilə stressə davamlı genotiplərin yaradılması haqqında geniş biliklər əldə olunub. Həmçinin genom redaktəsi texnologiyası vasitəsilə nöqtəvi mutasiyaların icra edilməsi, gen bərpası və söndürülməsinin rolu nəzəri və praktiki olaraq göstərilib, bitkilərdə CRISPR/Cas 9 CRISPR/Cas9 əsaslı genom redaktə texnikası və sgRNA (bələdçi RNT) dizayn metodu izah edilib.

Müxtəlif internet resurslarının istifadəsi ilə (Crispor, Blast, Ensemble, NCBİ, PCSB PDB) genlərin seçimi,  sgRNA dizaynı, Ti plazmidin qurulması və işləmə prinsipləri barəsində məlumat əldə olunub.

Təlimdə BDU-da yaradılmış “Hüceyrə kulturası və genom redaktəsi” elmi-tədqiqat laboratoriyasının təkmilləşdirilməsi üzrə fəaliyyət planı, qarşılıqlı əməkdaşlığa dair digər məsələlər də müzakirə edilib.

Xəbərlər

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir
05/02/2025

BDU-nun indoneziyalı tələbəsi: “Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır”

BDU-nun indoneziyalı tələbəsi: “Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır”
04/02/2025

BDU THİK aktiv tələbələri mükafatlandırıb

BDU THİK aktiv tələbələri mükafatlandırıb
04/02/2025