BDU əməkdaşlarına birdəfəlik pul mükafatı verdi və əməkhaqlarını artırmağı müzakirə etdi

28/12/2015

Bakı Dövlət Universiteti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə universitetin hər bir əməkdaşına orta hesabla 100 manat məbləğində birdəfəlik mükafat verilib. Mükafat ümumilikdə 3 minədək əməkdaşa şamil edilib. BDU Elmi Şurasının sonuncu iclasında isə qərara alınıb ki, yeni ildən etibarən professor-müəllim heyətinin və digər işçilərin əməkhaqlarının artırılması üçün imkanlar araşdırılsın.

Onu da bildirək ki, BDU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə davamlı olaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqları artırılır. Ötən ildən etibarən Bakı Dövlət Universitetində fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənən professor-müəllim heyətinin əmək haqqı differensasiya yolu ilə əhəmiyyətli dərəcədə artırılıb. Bundan əlavə, universitetin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülür, həmin əməkdaşların maaşı cari ilin sonunadək differensasiya yolu ilə  artırılır ki, bu da təxminən 300 nəfərə şamil olunur.

Xatırladaq ki, son illər əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün Bakı Dövlət Universitetində professor-müəllim heyətinin orta aylıq əmək haqqı 1000 manat civarındadır.  Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.

Mətbuat və informasiya şöbəsi, 28 dekabr 2015.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024