BDU əməkdaşlarına Fəxri fərman verilib

17/01/2018

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ali məktəb tələbələri arasında futzal üzrə idman yarışı, “Nə? Harada? Nə zaman?” intellektual oyunun qaliblərinin, “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçılarının, 2017-ci ildə müxtəlif elm, mədəniyyət və idman üzrə beynəlxalq səviyyəli tədbirlərdə uğur qazanmış bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndər Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Ölkəmizdə gənclərə, onların təhsilinə göstərilən böyük diqqət və qayğıdan danışan S.Möhbalıyev rəhbərlik etdiyi qurum tərəfindən müsabiqələrin, idmanın müxtəlif növləri üzrə yarışların, intellektual oyunların və digər tədbirlərin təşkil olunduğunu söyləyib.

Tədbirdə məlumat verilib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2017-ci ilin sonunda ali məktəb tələbələri arasında futzal idman yarışı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirib və qaliblər müəyyənləşdirilib.

ATİAHİ RK Rəyasət Heyətinin qərarı əsasında keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsinin də fəal iştirakçıları müəyyənləşdirilib. BDU-nun Əməkdaşı Məsud Qurbanov Fəxri fərmanla mükafatlandırılıb.

Sonra idman yarışlarında və müsabiqələrdə uğur qazanan tələbə və gənclər mükafatlandırılıblar. Eyni zamanda, mükafatçılar sırasında gənc yaşlarında müəllim peşəsində uğur qazanmış ümumi orta, orta ixtisas və ali təhsil müəssisələrinin 40 nəfər təhsil işçisi, 2017-ci ildə müxtəlif elm, musiqi və idman üzrə beynəlxalq tədbirlərdə yüksək nəticələr əldə etmiş bir qrup ali məktəb tələbəsi də var. İdman sahəsində  qazandıqları uğurlara görə IV İslam Oyunlarında üzgüçülük idmanı üzrə 3-cü yeri əldə edən Bakı Dövlət Universitetinin  Jurnalistika fakültəsinin  I kurs tələbəsi Alsu Bayramova, əlbəyaxa döyüş üzrə dünya çempionu olan Sosial Elmlər və Psixologiya fakültəsinin IV kurs tələbəsi Əli İsgəndərov, əlbəyaxa döyüş üzrə 1-ci yeri qazanan  Ekologiya və Torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Rəsul Cəfərov və uşu sando üzrə Dünya və Avropa çempionatlarının qalibi, Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin I kurs tələbəsi İsmayıl İsmayılıov komitənin Fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılıblar.  Həmçinin 2017-ci ilin yekunlarına əsasən,  BDU-nun idman klubunun müdiri,  Respublikanın əməkdar müəllim və əməkdar məşqçisi  Akif Atakişiyev yüksək səviyyəli idmançıların hazırlanmasında xidmətlərinə görə Fəxri fərmanla təltif edilib.

Mətbuat və informasiya şöbəsi, 17 yanvar 2018-ci il.

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024