BDU əməkdaşlarının hazırladığı qaz sensorları yüksək həssaslığa və stabil parametrlərə malikdir

05/08/2021

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının əməkdaşları HF+spirt+metal duzu+ saxaroza tipli məhlulda elektrokimyəvi aşılandırma üsulu ilə p-Si lövhələri üzərində məsamələrinin ölçüsü 8-70 nm intervalında idarə edilə bilən nanoquruluşlu məsaməli-Si (MS və ya MSCD) təbəqələr almışdır. MSCD təbəqələrinin səthinə foto-elektrokimyəvi çökdürmə üsulu ilə CdS nanoquruluşlu nazik təbəqələrini çökdürülməklə p-Si/MSCD/CdS tipli strukturlar hazırlanmışdır. Müəyyən olunmuşdur ki, strukturların müxtəlif təbiətli qazlara (oksigen, spirt buxarı, azot, arqon, dəm qazı) qarşı həssaslığı məsamələrin ölçüsündən və texnoloji parametrlərdən asılı olaraq məqsədyönlü şəkildə idarə oluna bilir. Aşılandırmanın metal+saxaroza mühitində aparılması qaza qarşı həssaslığı artırmaqla bərabər, strukturların parametrlərinin stabilliyini də təmin edir.

Xəbərlər

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
18/09/2026

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub
18/09/2026