BDU əməkdaşlarının monoqrafiyası “Amazon” platformasında 6 dildə satışa təqdim edilib

28/02/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Pərviz Kazimi və fakültənin doktorantı Aysel Həsənovanın birgə müəllifi olduqları “Səfəvilər dövründə Azərbaycanda kitab və kitabxana mədəniyyəti” adlı monoqrafiya 2024-cü ilin yanvar ayından başlayaraq “Amazon” platformasında dünyanın aparıcı altı dilində satışa təqdim edilib.

Monoqrafiyada Səfəvilər dövründə Azərbaycanda kitab və kitabxana mədəniyyəti sahəsində aparılan islahatlar, dövlətin kitabçılıq işinə, kitabxana mədəniyyətinə münasibəti, eyni zamanda Azərbaycanda kitabçılıq sənətinin tarixi inkişafına, kitabxanaçı peşəsinə, zəngin kitab fondlarının və onların multikultural repertuarının öyrənilməsinə dair elmi mülahizələr öz əksini tapıb.

Əsərdə orta əsrlər əlyazma kitab mirasının öyrənilməsi, qiymətləndirilməsi və yayılmasına dair ciddi tədqiqatlar  aparılıb, həmçinin son tarixi mərhələlərdə kitab ticarəti və kitabxana mədəniyyəti sahəsində ənənələrin qorunub saxlanması kimi problemlər öyrənilib.

https://www.amazon.com/s?k=Kazimi+Parviz&i=stripbooks-intlship&crid=1MZFJE4SHKPG5&sprefix=kazimi+parviz%2Cstripbooks-intl-ship%2C226&ref=nb_sb_noss

 

Xəbərlər

BDU “THE World University Rankings 2027”də yer alıb

BDU “THE World University Rankings 2027”də yer alıb
30/09/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş

BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026