BDU əməkdaşlarının yeni dərs vəsaiti nəşr olunub

04/04/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov, fakültənin dosentləri Mehmanəli Məmmədov və Xuraman Ağayevanın dərs vəsaiti nəşr olunub. BDU Elmi Şurasının qərarı ilə nəşr edilməsi tövsiyə olunan “Sənədşünaslıq” adlı kitabın ixtisas redaktoru professor Xəlil İsmayılov, rəyçiləri professor Almaz Ülvi, dosent Solmaz Sadıqova və tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevdir.

Dərs vəsaitində kommunikasiya sistemində sənədlərin yeri, əhəmiyyəti, növləri və tipləri, sənəd axını, sənəd kütləsi, dərc edilən və dərc edilməyən sənədlər, nəşr anlayışı, sənədin xassə və funksiyaları, rekvizitləri, sənəd axınının inkişaf qanunauyğunluqları kimi məsələlər öz əksini tapır.

Dərs vəsaiti “Kitabxanaçılıq və informasiya fəaliyyəti”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasları üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026