BDU əməkdaşının dərsliyi nəşr olunub

29/10/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın dərsliyi nəşr olunub. BDU Elmi Şurasının qərarı ilə nəşr edilməsi tövsiyə olunan “Nəşriyyat-informasiya fəaliyyətində innovasiyalar” adlı dərsliyin elmi redaktorları dosentlər Knyaz Aslan və Ələmdar Cabbarlı, rəyçiləri professor Nadir Məmmədli, dosentlər Nailə Mehrəliyeva və Rasim Süleymanovdur.

Dərslikdə müasir dövrdə nəşriyyat işi sahəsində baş verən fundamental dəyişikliklər və rəqəmsal transformasiyanın elmi-praktik məsələləri şərh olunur. Rəqəmsal texnologiyaların sürətli inkişafının nəşriyyat-informasiya fəaliyyətinə, kitab sənayesinə, redaktə və dizayn proseslərinə, eləcə də sosial media və marketinq mühitinə təsiri sistemli şəkildə mövzular üzrə təhlil edilir. Dərslikdə yalnız nəzəri məsələlər deyil, praktiki yanaşmalar da təqdim olunur ki, bu da tələbələrdə müasir dövrdə nəşriyyat işinin yeni çağırışlarını mənimsəmək və tətbiq etmək, rəqəmsal media mühitində fəaliyyət bacarıqlarını inkişaf etdirmək üçün mühüm biliklər bazası formalaşdırır.

Dərslik “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar, nəşriyyat işi, jurnalistika, kommunikasiya və informasiya texnologiyaları sahələrinin mütəxəssisləri üçün nəzərdə tutulub.

Xəbərlər

BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir

BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir
07/07/2026

BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”
07/07/2026

BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

BDU-da “Bioinformatika” ixtisaslaşması açılır
07/07/2026