BDU müəllimi Yaponiyada simpoziumda iştirak edib

26/08/2014

Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin müəllimi Quluzadə Məhəmməd 2-4 avqust 2014-cü il tarixlərində Yaponiyanın Xiroşima şəhərində keçirilən “İnsan Hüquqları üzrə Təhsil” Asiya Simpoziumunda iştirak edib. M.Quluzadənin yazdığı tezis bu möhtəbər tədbirdə onun Qafqaz ölkələrindən yeganə iştirakçı kimi dəvət olunmasına zəmin yaradıb. Dünyanın müxtəlif ölkələrindən gələn alimlər qarşısında M.Quluzadə “İnsan Hüquqları üzrə Təhsil: QHT-lər üçün çağırışlar” adlı məqaləsi ilə çıxış edib. Məqalədə Azərbaycan Respublikasında insan hüquqları üzrə təhsilin vəziyyəti, bu sahədə QHT-lərin rolu, o cümlədən QHT-lərə maliyyə dəstəyi ayıran ölkədaxili mexanizmlərin tövhəsi (Prezident yanında QHT Şurası, Gənclər Fondu və s.) haqqında ətraflı məlumatlar əks olunub. BDU-nun Hüquq Fakültəsində insan hüquqlarına dair ixtisaslaşmış magistratura proqramının naliyyətləri simpozium iştirakçıları arasında xüsusi maraqla qarşılanıb. M.Quluzadənin məqaləsi Simpoziumun məqalələr toplusunda çap ediliib. Bu səfər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə mümkün olub.

Mətbuat və informasiya şöbəsi, 26 avqust 2014-cü il.


Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026