BDU müəllimləri Türkiyəyə gedir

17/08/2015

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir qrup müəllimi BDU və Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən 17-27 avqust tarixlərində Türkiyə Respublikasında səfərdə olacaqlar.

Nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu səfərin fakültə tarixində ilk belə geniş tərkibli səfər olduğuna diqqət çəkərək, onun əhəmiyyətindən bəhs edib. Rektor İstanbul, Bahçaşəhər, Kadır Has, Yeditəpə,  Ankara, Qazi, Başkənd universitetlərinin jurnalistika fakültələrində iş və tədris prosesi ilə əyani tanışlıqların, əldə olanan nəticələrin fakültənin inkişafına təsirsiz ötüşməyəcəyinə əminliyini ifadə edib. Akademik eyni zamanda BDU ilə TİKA arasında əldə olunan razılaşmaya əsasən baş tutan bu səfərdən öncə jurnalistika fakültəsinin tələbə qəbulunda müvəffəqiyyət əldə edərək, uğurlu nəticə göstərmiş 10 tələbəsinin bu ilin fevral ayında Türkiyəyə səfərlərini xatırladıb və qurumla digər əməkdaşlıq layihələrindən danışıb.

Nümayəndə heyətinin  rəhbəri, fakültənin Radio və televiziya kafedrasının müdiri, dosent Aynur Kərimova qəbul və  tövsiyələri üçün rektora təşəkkürünü bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 17 avqust 2015-ci il.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026