BDU müəllimlərinin məqalələri yüksək impakt faktorlu jurnalda dərc olunub

02/05/2020

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin "Riyazi analiz" kafedrasının professoru Ziyatxan Əliyev və dosenti Vüqar Mehrabovun həmmüəllif olduqları "Convergence of eigenfunction expansions for a boundary value problem with spectral parameter in the boundary conditions. I, II" ("Sərhəd şərtlərinə spektral parametr daxil olan bir sərhəd məsələsinin məxsusi funksiyaları üzrə ayrılışların yığılmaları haqqında. I, II") adlı məqalələri "Differential equations" ("Differensial tənliklər") beynəlxalq jurnalının II və III nömrələrində dərc olunub.

1965-ci ildən nəşr olunan "Differential Equations" jurnalı differensial tənliklər sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarından biridır, impakt faktoru 0.659-dur (Journal Citation Reports®, Clarivate Analytics 2019).

Məqalələri oxumaq üçün uyğun olaraq linklərə keçid edə bilərsiniz:

  1. https://link.springer.com/article/10.1134/S0012266120020019
  2. https://link.springer.com/article/10.1134%2FS0012266120030015

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026