BDU Mətbuat xidməti yenə fərqləndi

23/07/2019

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova "Azərbaycan Universitetləri" facebook səhifəsinin keçirdiyi sorğunun qalibi olub. Milli Mətbuat günü ərəfəsində keçirilən sorğuda 2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinin mətbuat xidmətləri arasında məlumatların say baxımından ən çox, keyfiyyət baxımından ən yaxşı, operativliyinə görə ən çevik jurnalisti adına layiq görülən Pərvanə İbrahimova həmin səhifənin keçirdiyi sorğuda ikinci dəfə "Ən yaxşı mətbuat katibi" seçilib.

"Azərbaycan Universitetləri" səhifəsinin rəhbəri Zöhrab Süleyman diplomu P.İbrahimovaya təqdim edib.

BDU Mətbuat və informasiya şöbəsinin müdiri, öz növbəsində, Z.Süleymana və seçimdə iştirak edən səhifə üzvlərinə təşəkkür edib.

Mətbuat və informasiya şöbəsi, 23 iyul 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026