BDU məzunları əmək bazarında ən çox iş tapan universitetlərdəndir

09/06/2023

“Məktəb guşəsi” təhsil portalının məzunların əmək bazarında məşğulluğunun təmin edilməsi ilə bağlı sorğusunun yekunlarına dair görüş keçirilib.

“Məktəb guşəsi” jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli bildirb ki, virtual sorğuda ümumilikdə 3709 nəfər iştirak edib. Nəticələrə əsasən, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yüksək göstəricilər əldə ediblər. Vurğulanıb ki, sorğunun keçirilməsində məqsəd  universitetlərin məzunlarının sonrakı taleyi ilə bağlı nəticələrini bilmələrinə müəyyən qədər yardımçı olmaqdır.

Daha sonra millət vəkilləri Arzu Nağıyev, Ceyhun Məmmədov, Fazil Mustafa, ekspert Nadir İsrafilov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, UNEC-in prorektoru Raqif Qasımov və digərləri təhsil sahəsində aparılan islahatlar, məzunların məşğulluq vəziyyəti, ucqar bölgələrdə müəllim kadrları ilə təminat məsələləri və  s. haqqında öz fikirlərini bölüşüb, ətraflı fikir mübadiləsi aparıblar. Bildirilib ki, bu gün ali təhsil müəssisələri qəbul planlarını təsdiq edərkən tələbəyönümlü davranmalıdır. Universitetlərin ən önəmli reytinq göstəricilərindən biri də onun məzunlarının ixtisas üzrə əmək bazarında özlərinə iş tapması və ya universitetin özünün məzunlarını iş imkanları ilə təmin etməsidir. Digər vacib məsələ isə universitetlərin əlçatanlığıdır ki, burada qurumun ictimaiyyətlə əlaqələrinin təşkili, universitet alimlərinin abituriyentlərlə görüşləri və s. çox önəmlidir.

Sonda sorğuda fərqləndiklərinə görə BDU, ADPU, UNEC, AzTU və ADNSU-ya müvafiq diplomlar təqdim olunub.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024