BDU məzunları müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstəriblər

24/07/2019

Bakı Dövlət Universitetinin məzunları müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə göstəriblər.

Belə ki, kimya üzrə Aidə Sadıqova 60, riyaziyyat üzrə Famil Ağayev  59, Aysel Ağasəfova 57, Bənovşə Məmmədova 57, Lalə Sadıqova 56, Lalə Hüseynova 55, Xanım Səmədbəyli 52, Azərbaycan dili və ədəbiyyat üzrə Yazagül İbrahimova 58, Tamam Musayeva - 58 bal, Gülzar İbrahimova  - 58 bal,  Səma  Şükürlü - 57 bal,  Nərgiz Süleymanova - 57 bal, Mehriban Həşimli - 55 bal, biologiya üzrə Rüfanə Azayeva 55  bal toplayıblar. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.
Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

Məzunlarımızı təbrik edirik.


Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026