BDU məzunları MİQ-də birincidir

12/07/2021

Bakı Dövlət Universitetinin (BDU) məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında bu il də yüksək nəticə göstəriblər. BDU-nun Fizika fakültəsinin məzunu Arzu Quliyeva Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 59 bal toplayaraq ölkə birincisi olub.
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu Sevinc Yaqubova Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında topladığı 58 balla İnformatika fənni üzrə ölkə birincisidir.
Xatırladaq ki, namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.
Yüksək nəticə göstərən bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026