BDU məzunları üçün karyera inkişaf layihəsinə start verilib

11/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə BDU-nun 2023–2025-ci illər məzunları üçün "Career frame" karyera inkişaf layihəsinə start verilib.

Layihə çərçivəsində ilk təlim Karyera və məzunlarla iş Mərkəzinin karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva tərəfindən həyata keçirilib. Açılış görüşü və təlim zamanı iştirakçılara karyera planlaması, CV və rezüme anlayışları, əmək bazarında uğurlu müraciət üçün əsas yanaşmalar, həmçinin işəgötürənlərin gözləntiləri barədə praktik və nəzəri məlumatlar təqdim olunub. İnteraktiv formatda təşkil olunan onlayn təlimdə müzakirələr aparılıb, praktiki tapşırıqlar icra olunub.

Layihənin məqsədi BDU məzunlarının əmək bazarına daha hazırlıqlı şəkildə çıxışını təmin etmək, onların karyera alətlərini gücləndirmək və peşəkar istiqamətdə düzgün yol xəritəsi formalaşdırmalarına dəstək olmaqdır. Layihə əsasən onlayn formatda keçirilir və mentorluq xidməti, praktiki təlimlər, şəbəkələşmə imkanlarını əhatə edir. Qeyd edək ki, keçirilmiş sorğular və müsahibə mərhələsinin nəticələrinə əsasən, 30 nəfər BDU məzunu layihədə iştirak hüququ qazanıb.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026