BDU məzunları üçün müsabiqə elan etdi

13/02/2019

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə öz məzunları arasında “BDU xatirələrdə” adlı müsabiqə elan edir.

Universiteti müxtəlif illərdə bitirmiş məzunlar təhsil müddətində baş vermiş ən maraqlı məqamları,  universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.

Məzunlar  “BDU xatirələrdə” mövzusunda hazırladıqları yazıları özləri haqqında məlumatla birlikdə (ad, soyadı, ata adı, təhsil aldığı fakültə və təhsil aldığı illər, ixtisası, əlaqə telefonu qeyd olunmalı) mövzu yerinə “BDU xatirələrdə” yazmaqla 30 iyun 2019-cu ilə qədər press-service@bsu.edu.az ünvanına göndərməlidirlər. Xatirələrin müxtəlif mətbu orqanlarında çap olunması və yayımı nəzərdə tutulub.

Müsabiqə qalibləri Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş universitet məzunlarının Forumuna, eyni zamanda, yubiley tədbirinə dəvət ediləcək, Təşkilat Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatdırılacaqlar.


Mətbuat və informasiya şöbəsi, 13 fevral 2019-cu il.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026