BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

18/02/2025

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Bakı Dövlət Universitetinin (BDU) məzunlarının məşğulluq vəziyyətinin təhlilinə dair hesabatı təqdim edilib.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli bildirib ki, Universitet məzunlarının məşğulluq vəziyyətinin təhlil edilməsi üçün 47199 nəfər BDU tələbəsinin təhsil məlumatları, 23978 məzun məlumatları və 12500 nəfərin məşğulluğuna dair məlumatlarından istifadə edilib.

BDU rektoru Elçin Babayev təhlil nəticələrini universitet məzunlarının əmək bazarına uğurla inteqrasiya olunmasına və tələbələrin gələcək karyera perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addım kimi dəyərləndirib. O bildirib ki, məzunlarının işə götürülmə göstəricilərinin analizi BDU üçün çox önəmlidir.

Təhlil nəticəsində məşğulluq göstəricisi yüksək olan TOP15 ixtisas müəyyən edilib. Məlum olub ki, məşğulluq göstəricisi ən yuxarı olan “İqtisadiyyat və idarəetmə”, “Kənd təsərrüfatı” ixtisas qruplarıdır. Məşğulluq göstəricisi ən yüksək olan məzunlar isə “Geologiya”, “Hidrometeorologiya”, “Menecment” ixtisaslarını bitirən tələbələrdir.

Təhlil zamanı BDU və Universitetin Qazax filialı üzrə məzunların məşğulluq göstəricilərinin müqayisəsi aparılıb, ixtisas qrupları və ixtisaslarda orta əməkhaqqı göstəriciləri müəyyən edilib.

Qeyd olunub ki, təhlilin nəticələrinə əsasən, tələbələrin iş həyatına daha asan uyğunlaşması üçün müxtəlif proqramlar tətbiq ediləcək.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026