BDU məzunu beynəlxalq uğura imza atıb

11/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin məzunu Mansur Səmədov beynəlxalq uğura imza atıb. O, dünyanın ən nüfuzlu arbitraj institutlarından olan Sinqapur Beynəlxalq Arbitraj Mərkəzinin (Singapore International Arbitration Centre – SIAC) yüksək təcrübə proqramına seçilib. Mansur Səmədov hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi kimi magistratura təhsilini Sinqapur Milli Universitetində (2026-cı il QS reytinqinə görə dünyanın 8-ci ən yaxşı universiteti) “Beynəlxalq arbitraj və mübahisələrin həlli” ixtisası üzrə davam etdirir.

SIAC təcrübə proqramı üzrə seçimlər son dərəcə rəqabətli olub və Sinqapur Milli Universitetindən yalnız üç namizəd bu imkana layiq görülüb. Məzunumuz proqram çərçivəsində arbitraj işlərinin aparılması, hüquqi araşdırmalar və prosessual məsələlərin icrasında birbaşa iştirak edəcək.

Qeyd edək ki, Mansur Səmədov 2021-ci ildə qəbul imtahanında 662 bal toplayaraq BDU-nun “Hüquqşünaslıq” ixtisasına daxil olub və bakalavr təhsilini 97.07 ÜOMG ilə başa vurub.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026