BDU məzunu Harvard Universitetində “ASAN” xidmətlə bağlı dissertasiya müdafiə etdi

22/06/2016

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 2011-ci il məzunu Əlikram İsayev "2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xətti ilə Harvard Universitetinin C.Kennedi məktəbi, İctimai-Siyasət fakültəsinin magistr pilləsinə daxil olub və bu il həmin universiteti müvəffəqiyyətlə bitirən ən gənc azərbaycanlı tələbə adını qazanıb. “ASAN” xidmətin fəaliyyəti haqqında dissertasiya müdafiə edən Ə.İsayev təqdimat zamanı xidmətin cəmiyyətə faydalılığı və şəffaflığı haqqında məlumat verib. Xidmətin fəaliyyəti ilə yaxından tanış olan amerikalı alimlər onu yeni model kimi dərsliklərə əlavə etməyi təklif ediblər. Təqdimatdan sonra həm Harvard, həm də Massaçusets ştatının digər universitetlərinin professorları innovativ xidmət modeli kimi “ASAN” modelindən öz mühazirələrində geniş istifadə ediblər.

Mətbuat və informasiya şöbəsi, 22 iyun 2016-cı il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026