BDU İndoneziya dili üzrə mütəxəssis hazırlayacaq

05/12/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov    İndoneziya Səfirliyinin Müvəqqəti İşlər Vəkili Agus Trimartononu qəbul edib. Universitet haqqında  qonağa  məlumat verən rektor, bu zamana qədər İndoneziyanın   elmi mərkəzləri ilə  əməkdaşlığın olmadığını bildirib.

Keçən il İndoneziyada Azərbaycan səfirliyin açıldığını xatırladan Agus Trimartono beynəlxalq forumlarda Azərbaycanın İndoneziyaya böyük dəstək verdiyini deyib. Azərbaycanla İndoneziyanın siyasi-iqtisadi, mədəni əlaqələrinin olduğunu bildirən qonaq, bu əlaqələri elm-təhsil sahəsində də inkişaf etdirməyin vacibliyini vurğulayıb.

Öz növbəsində rektor Abel Məhərrəmov Uzaq Şərqin ən böyük müsəlman ölkələrindən biri olan İndoneziya universitetləri  ilə  əməkdaşlığa hazır olduqlarını, həmçinin İndoneziya dili üzrə mütəxəssis hazırlamaqda maraqlı olduqlarını deyib.

Görüş zamanı həmçinin əməkdaşlığın daha da səmərəli olması üçün  tələbə   mübadiləsi, eləcə də birgə layihə və proqramlarda iştirak etməyin vacibliyi vurğulanıb.

Sonda rektor Abel Məhərrəmov  bu danışıqların kağız üzərində qalmayıb reallaşacağına əminliyini bildirib.

 

Mətbuat və İnformasiya şöbəsi, 05 dekabr 2011-ci il

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026