BDU nüfuzlu reytinq siyahısında Azərbaycan ali məktəbləri arasında yenə birincidir

16/05/2020

Nüfuzlu Beynəlxaq Reytinq Agentliyi RUR (Round University Ranking) 2020-ci il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını  açıqlayıb. RUR-un müxtəlif ölkələrdən olan 829 universiteti əhatə edən reytinq siyahısına Azərbaycandan 3 universitet daxil edilib. Siyahıda 702-ci yerdə qərarlaşan Bakı Dövlət Universiteti Azərbaycan ali məktəbləri arasında yenə birincidir. Azərbaycan Memarlıq və İnşaat universiteti 760-cı, Azərbaycan Dövlət İqtisad Universiteti isə 807-ci sırada yer alıb.

Beynəlxalq RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40%), tədqiqatın keyfiyyəti (40%), beynəlmilləşmə səviyyəsi (10%) və maliyyə dayanıqlılığı səviyyəsi (10%) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.

Qeyd edək ki, Bakı Dövlət Universiteti göstərilən nüfuzlu reytinq siyahısına 2013-cü ildən, Azərbaycan Memarlıq və İnşaat Universiteti 2018-ci ildən, Azərbaycan Dövlət İqtisad Universiteti  isə 2020-ci ildən daxil edilir.

Beynəlxalq RUR Agentliyinin reytinq siyahısı haqqında daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

https://roundranking.com/ranking/world-university-rankings.html#world-2020

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026