BDU İngilis dili kafedrasının müəllimləri təlimlərdə iştirak ediblər

02/05/2016

Bakı Dövlət Universitetinin ingilis dili kafedrasının müəllimləri Tempus layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində keçirilən kurikulumla bağlı təlimlərdə iştirak ediblər. Seminarda universiteti humanitar fakültələr üzrə ingilis dili kafedrasının baş müəllimləri Mənsurə Ağayeva, Zəhra Əhmədova, Fərəh Əliyeva və təbiət elmləri üzrə ingilis dili kafedrasının müəllimləri Nərgiz Əliyeva, Nilufər Mahmudova, Nigar Seyidova, İlkanə Əmirova təmsil edib. 
İngiltərənin Esseks Universitetinin professoru Desmond Thomas danışıq-yazı kimi produktiv dil vərdişlərinin qiymətləndirilməsi kriteriyası, kurrikulum və sillabusların hazırlanması barədə çıxış edib.
Qeyd edək ki, təlimlərdə Azərbaycan Dövlət Tibb, Azərbaycan Dövlət Aqrar, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Neft, Azərbaycan Diplomatiya və Milli Aviasiya Akademiyasının müəllimləri də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 02 may 2016-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026