BDU nümayəndə heyəti Anhui Universitetinin 90 illik yubileyində

21/09/2018

Bakı Dövlət Universitetinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, BDU nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Oqtay Cəlilbəyli və BDU nəzdindəki Konfutsi İnstitutunun Çin Xalq Respublikası tərəfindən direktoru, xanım Luo Xiaozhi Anhui Universitetində işgüzar səfərdə olubar.

Səfər zamanı nümayəndə heyəti Anhui Universitetinin 90 illik yubiley tədbirlərində iştirak edərək, BDU-nun rektoru, akademik Abel Məhərrəmov və universitet kollektivi adından Anhui Universitetini təbrik edib, onlara təhsildə, elmdə yüksək nəticələr əldə etməyi arzulayıblar.

Səfər zamanı professor Oqtay Cəlilbəyli Anhui Universitetində Azərbaycan Tədqiqatları Mərkəzinin yaradılması ilə əlaqədar Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri ilə danışıqlar apararaq, müqavələnin şərtlərini müzakirə ediblər. Cari ilin oktyabr ayında BDU-nun rektoru, akademik  Abel Məhərrəmovun Anhui Universitetinə səfəri zamanı Azərbaycan Tədqiqatları Mərkəzinin açılışı planlaşdırılıb.

Mətbuat və informasiya şöbəsi, 21 sentyabr 2018-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026