BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

20/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek Dövlət Universitetində olub.

Səfər çərçivəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov Bişkek Dövlət Universitetinin rektoru Abdılda Musayev ilə görüşüb.

Görüşdə ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə, elmi tədqiqat və tədris istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

BDU nümayəndələri universitetin rəqabət qabiliyyətinin artırılması, qlobal elmi mühitdə fəal iştirakının təmin edilməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülmüş işlər barədə Bişkek Dövlət Universitetinin rektoruna məlumat veriblər.

Bişkek Dövlət Universitetinin rektoru BDU ilə əməkdaşlığın yeni perspektivlər açacağını qeyd edib və iki universitet arasında gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını ifadə edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026