BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

18/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində yerləşən İ. Razzakov adına Qırğız Dövlət Texniki Universitetində olub.

Səfər çərçivəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov İ. Razzakov adına Qırğız Dövlət Texniki Universitetinin reputasiya və əməkdaşlıq üzrə koordinatoru, professor Erkin Boronbayev və beynəlxalq əlaqələr mərkəzinin direktoru Rinat Vakutov ilə görüşüb.

Görüşdə ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə, texniki elmlər sahəsində birgə tədqiqatların aparılması və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

BDU nümayəndələri universitetin rəqabət qabiliyyətinin artırılması, qlobal elmi mühitdə fəal iştirakının təmin edilməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş təqdimatla çıxış ediblər.

İ. Razzakov adına Qırğız Dövlət Texniki Universitetinin nümayəndələri BDU ilə əməkdaşlığın yeni imkanlar yaradacağını vurğulayıb və iki universitet arasında gələcək əməkdaşlığın qarşılıqlı fayda gətirəcəyinə əminliklərini ifadə ediblər.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026