BDU nümayəndə heyəti Qırğız Milli Universitetinə işgüzar səfər edib

16/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğız Milli Universitetinə işgüzar səfər edib.

Səfər çərçivəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov, Qırğız Milli Universitetinin elmi işlər üzrə prorektoru, professor Alaybek Şəmsiyev və Tədris mərkəzinin direktoru Almazbek Kıdıraliyevin iştirakı ilə görüş keçirilib. Görüşdə ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Nümayəndə heyəti son illərdə BDU-nun rəqabət qabiliyyətliliyinin artırılması, elmi fəaliyyətin inkişafı və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi istiqamətində həyata keçirilmiş islahatlar və əldə edilmiş nailiyyətlər haqqında geniş təqdimatla çıxış edib.

Qırğız Milli Universitetinin elmi işlər üzrə prorektoru Alaybek Şəmsiyev BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün böyük perspektivlər açacağını vurğulayıb, birgə fəaliyyətin gələcəkdə daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə edib.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026