BDU nümayəndə heyəti “Study in Azerbaijan” sərgisinin açılış mərasimində iştirak edib

06/04/2026

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti 6 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib. Açılış mərasimində Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış ediblər, daha sonra sərginin rəsmi açılışı həyata keçirilib. Tədbirin sonunda “Study in Azerbaijan”ın fəaliyyətinə həsr olunmuş tanıtım videosu nümayiş etdirilib, xatirə fotosu çəkilib.

“Study in Azerbaijan” sərgisi Azərbaycanın ali təhsil imkanlarının təqdim edilməsi, xarici tələbələr üçün mövcud təhsil və təqaüd imkanlarının izah olunması, həmçinin universitetlər arasında birbaşa əlaqələrin qurulması məqsədilə təşkil olunub. Tədbirdə müxtəlif ali təhsil müəssisələri öz proqramları, qəbul qaydaları və təhsil imkanları barədə məlumat təqdim edirlər.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026