BDU nümayəndələri Qazax Milli Aqrar Tədqiqat Universitetində

31/10/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Qazax Milli Aqrar Tədqiqat Universitetində olub. BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova və Qazax Milli Aqrar Tədqiqat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Rafis Abazovun iştirakı ilə keçirilən görüşdə beynəlmiləlləşmə, elmi-tədqiqat və təcrübə mübadiləsi istiqamətində əməkdaşlığa dair müzakirələr aparılıb.

BDU nümayəndə heyəti son illərdə BDU-da rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində görülmüş işlərə, eləcə də strateji fəaliyyət istiqamətlərinə dair geniş təqdimatla çıxış edib.

Qazax Milli Aqrar Tədqiqat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Rafis Abazov əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün səmərəli olacağını, Azərbaycanın ən qədim və böyük universiteti olan BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Qazax Milli Aqrar Tədqiqat Universiteti dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “QS Quacquarelli Symonds” agentliyinin tərtib etdiyi “QS World University Rankings 2025” nəticələrinə əsasən, 671-680 diapazonunda, eləcə də Asiya universitetlərinin reytinq sıralamasında 6-cı pillədə yer alıb.

 

Xəbərlər

“Tariximizin qanlı yaddaşı - Xocalıdır”

“Tariximizin qanlı yaddaşı - Xocalıdır”
24/02/2026

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımının qurbanları anılıb

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımının qurbanları anılıb
24/02/2026

BDU və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

BDU və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb
24/02/2026