BDU nümayəndələri Qırğız İqtisad Universitetində

24/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğız İqtisad Universitetində olub.

Səfər çərçivəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov Qırğız İqtisad Universitetinin tədris işləri üzrə prorektoru Dinara Tursunaliyeva və elmi işlər üzrə prorektor Gülnaz Supayeva ilə görüşüblər.

Görüş zamanı iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Əsas diqqət birgə elmi tədqiqatların həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələlərinə yönəldilib.

BDU nümayəndələri görüşdə universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, keyfiyyət təminatı və rəqəmsallaşma sahəsindəki yenilikləri əhatə edən təqdimat ediblər. Təqdimatda BDU-nun beynəlmiləlləşmə strategiyası və qlobal rəqabət qabiliyyətini artırmaq sahəsindəki nailiyyətləri xüsusi vurğulanıb.

Qırğız İqtisad Universitetinin nümayəndələri təklif olunan əməkdaşlıq istiqamətlərini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın akademik və elmi sahələrdə yeni imkanlar yaradacağını bildiriblər. Tərəflər gələcəkdə birgə layihələrin genişləndirilməsi və davamlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində səylərini davam etdirmək niyyətlərini ifadə ediblər.

Xəbərlər

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026