BDU nümayəndələri İtaliyada keçirilən Avropa Universitetləri Sammitində iştirak edirlər

06/05/2026

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti nüfuzlu reytinq təşkilatı “Times Higher Education” (THE) tərəfindən İtaliyanın Milan şəhərində keçirilən Avropa Universitetləri Sammitində iştirak edir. “Liderlik üçün birləşək: Avropanın ali təhsildə qlobal rolunun yüksəldilməsi” başlığı altında keçirilən beynəlxalq tədbir ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, innovativ yanaşmaların müzakirəsi və universitetlər arasında tərəfdaşlıqların gücləndirilməsi məqsədi daşıyır.

BDU-nun təmsil edən Universitet rektorunun Keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və rektorun katibliyinin referenti Asif Əliyev tədbir çərçivəsində müxtəlif panel müzakirələrində iştirak edir, qabaqcıl beynəlxalq təcrübə ilə tanış olur, BDU-nun təhsil və idarəetmə sahəsində əldə etdiyi nailiyyətləri barəsində sammit iştirakçılarını məlumatlandırırlar.

Ali təhsil sahəsində aparıcı platformalardan biri hesab olunan Avropa Universitetləri Sammiti çərçivəsində universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, təhsildə keyfiyyətin təminatı, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi aktual mövzular müzakirə olunur.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026