BDU İnternet məkanında liderliyini davam etdirir

09/01/2014

Bakı Dövlət Universiteti ali məktəblərin online cədvəlində birinci olub. Monitorinq ölkənin aparıcı universitetləri arasında aparılıb. BDU iki şirkətin apardığı monitorinqin nəticələrinə görə məlumatların online mediada operativ yayımlanmasına görə reytinq cədvəlində yüksək göstərici ilə birinci olub. Media Consulting & Servicesin və Nettrendsin apardığı monitorinqlərdə BDU cədvələ başçılıq edib. Belə ki, Media Consulting & Servicesin 2013-cü ilin dekabr ayının monitorinqi nəticəsində universitetlər haqqında dərc olunan məlumatların statistikasına BDU 28%, Nettrendsin apardığı monitorinqdə isə 36%-lə öncüllüyünü qoruyub.

Məlumatlarda Azərbaycanın internet məkanı, sosial mediası, gündəlik qəzetləri və TV kanallarında hansı universitet haqqında nə qədər məlumat getdiyi və nə qədər adının çəkildiyi qeyd olunub. Ümumi saya görə ən öndə BDU gedir. Hər ay ölkənin 20 aparıcı ali məktəbləri arasında aparılan bu monitorinqə artıq ikinci dəfədir ki, Bakı Dövlət Universiteti liderlik edir.

Mətbuat və İnformasiya Şöbəsi, 09 yanvar  2014-cü il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026