BDU nəzdindəki «Gənc istedadlar» liseyinin qazındığı uğurlar

17/02/2014

I. Liseylərin (TN tabeli və özəl) 2013-cü il məzunlarının qəbul imtahanlarındakı nə-ticələrinə dair TQDK-nın statistik məlumatlarına əsasən BDU-nun nəzdində «Gənc istedadlar» liseyinin məzunları topladıqları orta bala (508, 816) görə I olmuşlar.

II. Respublika Olimpiadasının şəhər turunun nəticələrinə görə Bakı şəhəri üzrə cəmi 18 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır; Оnlardan 4 nəfəri BDU nəzdindəki «Gənc istedadlar» liseyinin adları aşağıda göstərilən şagirdlərdir:

1.Əli-Azəri Fidan Əlikram q. (XIb sinfi; elmi rəhbər Şamilova Kifayət);

2.Səfərova Arzu Eldəniz q. (XIb sinfi; elmi rəhbər Şamilova Kifayət);

3.Əkbərov İsmayıl İbrahim o. (XIb sinfi; elmi rəhbər Əsədov Xəmməd);

4.Qarayev Aqşin Fəxri o. (XIa sinfi; elmi rəhbər Əsədov Xəmməd).

 

III.13-15 fevral 2014-cü il tarixdə keçirilmiş «Sabahın alimləri» III Respublika Mü-sabiqəsinin nəticələrinə görə müsabiqədə I yerə layiq görülmüş 7 layihədən 3-ü BDU nəzdindəki «Gənc istedadlar» liseyinin şagirdlərinə məxsusdur:

1.Abuzərov Ayaz Azər o. (Xr sinfi; elmi rəhbər İsmayılov Valeh);

2.Nurdil Nuru Rauf o. (Xr sinfi; elmi rəhbər dosent Mehrabova Mətanət);

3.Həsənzadə Rəna Yusif q. və Həsənli Aydan Müşfiq q. (Xc sinfi; elmi rəhbər prof.Hə-sənova Ülviyyə).

A.A. Abuzərov bu ilin may ayında ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Beynəl-xalq müsabiqədə Respublikamızı təmsil edəcəkdir.

Bundan başqa Xa sinif şagirdlərindən Vəlizadə Ayşən Elçin q., Qafarova Cəmilə Cəmaləddin q. və Murtuzova Aytəkin Qabil qızının təqdim etdikləri layihə (elmi rəhbər dosent Bayramov Qəzənfər) II mükafata, IXa sinif şagirdlərindən Namazov Fərhan Sübhan o. və İbrahimov Kamran Rasim o. təqdim etdikləri layihə isə (elmi rəhbər do-sent Rəcəbli Əlövsət) III mükafata layiq görülmüşdür.

Mətbuat və informasiya şöbəsi, 17 fevral 2014-cü il.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024